16.10.2019

İradə İsaq ATV-ni tərk etdi? - AÇIQLAMA

1504a62cf94eba91218ce72df4854555

 Aparıcı İradə İsaq ATV-ni tərk etdiyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

SEN.AZ bildirir ki, aparıcı bu barədə Axar.az-a danışıb. Onun sözlərinə görə, yayılan xəbərlər doğru deyil:

"Yəqin ki, bir müddətdir TV-də görünmədiyim üçün belə şayiələr çıxıb. Yeni veriliş üzərində işləyirəm, kanaldan ayrılmamışam. Hətta yaxın günlərdə yeni vəsiqəmi belə almışam".

Qeyd edək ki, "Axşam.az" saytı aparıcı İradə İsaqın ATV-dən ayrılması ilə bağlı məlumat yayıb.

Çap E-mail